Ermənistanın XİN başçısı: “Türkiyə ilə imzalanan normallaşma protokolunu ləğv edəcəyik”

“Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün imzalanan protokolu ləğv edəcəyik”.

Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib.

O qeyd edib ki, ölkəsinin prezidenti Serj Sarqsyan bununla bağlı mövqeyini bir neçə ay öncə açıqlayıb: “Ermənistan prezidenti Serj Sarqsyan cari ilin sentyabrında bildirmişdi ki, rəsmi Yerevan protokolu keçərsiz sayacaq. O vaxtdan indiyədək normallaşma istiqamətində heç bir müsbət addım atılmayıb. Bu səbəbdən 2018-ci ilin yazını bu protokolsuz qarşılayacağıq”.

Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına dair protokol 2009-cu ilin oktyabrında Sürxdə imzalanıb. Sənəd hər iki ölkənin parlamentində təsdiqləndikdən sonra qüvvəyə minəcəkdi. Bundan sonra Türkiyə Ermənistanla sərhədi açacaqdı. 2015- ci il fevralın 16-da isə Ermənistan prezidenti Serj Sarqsyan bu sənədin geri götürülməsi ilə bağlı qərar qəbul edib.

Report.az