Beynəlxalq Mətbuat Mərkəzində şənbə günü Ermənistan silahlıları tərəfindən Kəlbəcər rayonunun Ağdaban kəndinin soyqırıma məruz qalmasının 20 illiyi ilə bağlı tədbir keçirilib.
Trend-in məlumatına görə, əvvəlcə Ağdabanda qətlə yetirilmiş insanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Sonra soyqırımla bağlı “Aşıq Şəmşir ” Mədəniyyət Ocağı İctimai Birliyinin hazırladığı “Ağdaban faciəsi: sındırılmış sazın fəryadı ” adlı 40 dəqiqəlik sənədli filmin təqdimatı olub. Təqdimatda filmin ideya müəllifi Fəzail Ağamalı faciənin tarixi və filmin çəkilişi barədə məlumat verib.