Ermənistan silahlıları beş istiqamətdə atəşkəsi pozublar

Ermənistan Silahlı Qüvvələrinin bölmələri beş istiqamətdə atəşkəs rejimini pozublar.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni hərbiçilər aprelin 5-də saat 16:35-dən 16:40-dək Qazax rayonunun Barxudarlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 17:40-dan 17:45-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, aprelin 6-da saat 01:45-dən 01:50-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 05:20-dən 05:30-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 05:25-dən 05:35-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar…