Ermənistan prezidenti Serj Sarqsyan və ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər. Bu barədə ARKA agentliyi Ermənistan prezidentinin mətbuat xidmətinə istinadən xəbər yayıb.
Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və gələn ildən Fransalı həmsədr kimi fəaliyyətə başlayacaq Jak For iştirak ediblər.
“Həmsöhbətlər ATƏT xarici işlər nazirlərinin dekabrda Vilnüsdə keçiriləcək görüşü ərəfəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin hazırkı mərhələsinə dair məsələləri müzakirə ediblər “, məlumatda deyilir. Trend.