Ermənistan rəhbərliyi bioloq-genetik Şavarş Koçaryanın simasında əvvəlki kimi öz ampluasında qalır və həm öz ictimaiyyətini, həm də dünya birliyini aldatmağa çalışaraq əvvəlki kimi özünü gülünc vəziyyətdə qoyur. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Ermənistan xarici işlər naziri müavininin yenilənmiş Madrid prinsipləri üzərində işin davam etdirilməsinin vacibliyi barədə bəyanatını şərh edərkən bildirib.
“Ermənistanın nəhayət ki, yenilənmiş Madrid prinsiplərini qəbul etmək qərarına gəlməsini eşitmək sevindirici haldır. Baxmayaraq ki, bu sənəd hələ 2009-cu ilin noyabrında ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən həm Azərbaycana, həm də Ermənistana təqdim olunub. Üstündən bu qədər vaxt keçdikdən sonra Ermənistan onu qəbul etdiyini yalnız indi bəyan edir “, – Abdullayev deyib.
Azərbaycan Ermənistana Dağlıq Qarabağ nizamlamasının baza (Madrid) prinsiplərinin müzakirəsini təxirə salmağı və bilavasitə hərtərəfli sülh sazişinin işlənməsinə başlamağı təklif edib… Trend.