Ermənistan xarici siyasətini nağıllardan ayırmalıdır – Azərbaycan-Amerika Şurası

Kanadanın “The Guardian ” qəzeti Azərbaycan-Amerika Şurasının (AAŞ) idarə heyətinin sədri Cavid Hüseynovun jurnalist Henri Strebnikin həmin qəzetdə dərc olunmuş “Etnik və ərazi mübahisəsində kilidlər ” məqaləsinə cavab məktubunu dərc edib. Trend-in məlumatına görə, bu barədə AAŞ xəbər yayıb.
“The Guardian ” qəzetinin 2011-ci il 18 oktyabr tarixli sayında (qəribə təsadüfən Azərbaycanın müstəqillik bəyannaməsinin qəbul edilməsinin 20-ci ildönümü günü) Strebnik bir sıra tarixi faktları sadalayıb və onları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqələndirib. Hüseynov yazır ki, bu assosiasiyalardan bəzilərinin dəqiqləşdirilməyə ehtiyacı var… Trend.