Avqust ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində və dövlət sərhədində atəşkəs rejimi 69 dəfə pozulub.
APA-nın Azərbaycan Müdafiə Nazirliyinin gündəlik açıqladığı məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir zabiti və bir əsgəri yaralanıb. İtki olmayıb.
Ümumilikdə atəşkəs rejimi avqust ayında ən çox Füzuli rayonu istiqamətində pozulub. Ermənistan Silahlı Qüvvələrinin bölmələri Füzuli istiqamətində Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini 22 dəfə atəşə tutub, orta hesabla hər dəfə 30-45 dəqiqə müddətinə mövqe döyüşləri gedib… Apa.