Dağlıq Qarabağ problemi Cənubi Qafqazda əlverişli mühitə nail olmaq üçün başlıca maneədir

Türkiyə ilə də, Rusiya ilə də qonşu olan Cənubi Qafqazın xüsusi əhəmiyyəti aydındır. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Abdullah Gül Rusiyaya səfəri ərəfəsində “MK ” və “MK-Türkiyə ” informasiya portalına müsahibəsində deyib.
“Biz yaxın regionda sülh, sabitlik və firavanlığın yaradılmasına yönəldilmiş strategiyanı rəhbər tutatarq, sülh, təhlükəsizlik və əməkdaşlıq şəraitinin yaradılmasına cəhd edirik “, – Gül bildirib.
Onun sözlərinə görə, hazırda Dağlıq Qarabağ problemi Cənubi Qafqazda belə əlverişli mühitin yaradılması üçün əsas maneədir.
” Güman edirəm ki, bu məsələ ilə bağlı Türkiyənin mövqeyi Rusiya Federasiyasının nəzər nöqtəsi ilə uyğun gəlir. Qarabağ münaqişəsinin həlli yolunda əldə oluna biləcək irəliləyiş bu baxımdan həlledici əhəmiyyətə malik ola bilər “, – Türkiyə Prezidenti bildirib.
Prezident Gül bir daha qeyd edib ki, Türkiyə bununla əlaqədar Rusiya Prezidenti Dmitri Medvedevin şəxsən iştirak etdiyi problemin həlli axtarışına hərtərəfli dəstək göstərməyə, eləcə də münaqişənin gələcək həlli üçün bütün zəruri olanları etməyə hazırdır.
Prezidentin sözlərinə görə, bu yolda əldə olunan irəliləyiş, şübhəsiz, Türkiyə-Ermənistan münasibətlərinə müsbət təsir göstərəcək. Ermənistanla münasibətlərin normallaşması məsələsində Türkiyənin mövqeyi belədir… Trend.