Ermənistan silahlı qüvvələri cəbhə xəttində bir neçə istiqamətdə atəşkəsi pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 20-də saat 18.50-dən 18.55-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi atəşə tutub.
Həmin gün Ermənistan ordusu saat 21.00-dan 21.10-dək Ermənistanın İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi, saat 18.25-dən 18.50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar… Trend.