Fevralın 7-dən Bakıda havanın temperaturu yüksəlməyə başlayacaq

Fevralın 7-dən Bakıda havanın temperaturu əvvəlki günlərlə müqayisədə yüksələcək…

Fevralın 7-dən Bakıda havanın temperaturu əvvəlki günlərlə müqayisədə yüksələcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, son günlər Bakıda və Abşeron yarımadasında müşahidə olunan temperatur rejimi çoxillik normadan 7-8 dərəcə aşağıdır.

 

Fevralın 8-dək gecə saatlarında Bakıda və Abşeron yarımadasında şaxtalı hava şəraiti davam edəcək.

 

Fevralın 5-6-da gecə havanın minimal temperaturu 3-6, bəzi yerlərdə 9 dərəcəyədək şaxta, fevralın 7-8-də 1-5 dərəcə şaxta olacağı gözlənilir.

 

Fevralın 5-də havanın maksimal temperaturu gündüz 0-3 dərəcə isti, fevralın 6-da 0 dərəcəyə yaxın, fevralın 7-də 1-4 dərəcə isti, fevralın 8-də isə 4-7 dərəcə isti olacağı gözlənilir.

 

Qeyd edək ki, Bakıda yanvarın 30-dan başlayan şaxtalı, qarlı hava şəraitinin fevralın 7-dək davam edəcəyi gözlənilir. Artıq yanvarın 30-dan fevralın 4-dək Bakı və Abşeron yarımadasında gecə 10-14 dərəcə şaxta qeydə alınıb ki, bu da iqlim normasından 8,4 dərəcə aşağıdır.

/Trend/