Fikrət Sadıxov: Türkdilli dövlətlər arasında artıq ayrıseçkilik yoxdur – MÜSAHİBƏ

“Türkmən qazının Avropaya çıxışı mümkündür”…

“Türkmən qazının Avropaya çıxışı mümkündür”.

Oxu.Az politoloq Fikrət Sadıxovla müsahibəni təqdim edir:

– Türkiyənin Bodrum şəhərində Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan və Qırğızıstan prezidentlərinin iştirakı ilə Türkdilli Dövlətlər İttifaqının sammiti öz işini bitirib. Siz qarşılıqlı fəaliyyətin bu formatını Bakının maraqları nöqteyi-nəzərdən necə qiymətləndirirsiz?

– Hər şeydən öncə bildirim ki, bu dövlətlərin Azərbaycan ilə əvvəllər də sıx əməkdaşlıq münasibətləri olub. Onlar elə bu gün də ikitərəfli əməkdaşlıq əsasında inkişaf edirlər, bu ölkələrdən bəziləri ilə Bakının münasibətləri perspektivli strateji xarakter daşıyır.

Sözügedən Alyans bir neçə il öncə yaradılıb, amma bu gün yeni geosiyasi reallıqlar işığında o yeni məna kəsb edir. Ölkələr anlayırlar ki, beynəlxalq münasibətlərdə geosiyasi hadisələrin və dünya siyasətində bir sıra geosiyasi çağırışların ani dəyişdiyi bir şəraitdə türkdilli respublikalara əsas problemlərə dair müəyyən vahid baxış, vahid mövqe labüddür. Və belə bir görüş bu istiqamətdə həm siyasi, həm iqtisadi xarakterli bir çox problemləri, eləcə də qarşılıqlı münasibətlərin dərinləşdirilməsi ilə bağlı məsələləri həll etdi.

 Qeyd etmək lazımdır ki, bu formatda görüşlərdə, əvvəllər yalnız Türkdilli Dövlətlər İttifaqından deyil, eləcə də MDB təşkilatlarından kənarda duran Türkmənistan da iştirak etməyə başladı. Bu, nə ilə əlaqədardır?

– Türkmənistanda xarici siyasətin formalaşmasının yeni mərhələsi müşahidə edilir. Bunu ölkənin indiki prezidenti Berdımuxamedov həm ölkədaxili, həm də qonşu və dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı münasibətlərində əyani şəkildə nümayiş etdirir. Orada bir sıra proseslərin yeniləndiyi aydın şəkildə görünür. Düzünü desək bütün bunlar türkmən xalqının yalnız xeyrinədir.

Digər tərəfdən respublika prezidenti anlayır ki, Avropaya çıxış və aparıcı dünya dövlətləri ilə qarşılıqlı münasibətlər,  türkdilli dövlətlərlə, əsasən də Türkiyə və Azərbaycan ilə fəal əməkdaşlıq olmadan mümkün deyil. Çünki türkmən qazının Avropaya çıxışı yalnız bu marşrutla mümkündür. Əlbəttə, əgər Türkmənistan Asiyanın cənubi-şərqində, Çində və s. qapalı qalmaq istəmirsə.

Bu aspektdə bu sıçrayış müəyyən mənada qarşılıqlı münasibətlərdə yeni səhifədir və bu irəliləyiş həm Türkmənistan, həm digər türkdilli respublikalar, o cümlədən Azərbaycan üçün də sərfəlidir.

– Yeri gəlmişkən, demək lazımdır ki, Bodrumda Azərbaycan və Türkmənistan prezidentlərinin  ikitərəfli görüşü keçirilib. Bu görüş zamanı bir sıra sahələrdə ikitərəfli əməkdaşlığın möhkəmləndirmə perspektivləri müzakirə edilib. Bakı və Aşqabadın münasibətlərinə uzun müddətdən bəri soyuqluq gətirən bəzi problemlərin həllinə Türkdilli Dövlətlər İttifaqının müsbət təsir göstərəcəyini fərz etmək olarmı?

– Təbii ki, respublikalarımız arasında bütün problemlərin həll olunacağını əminliklə iddia etmək olmaz, amma hər halda problemli məsələlərin, o cümlədən də Xəzərin statusu ilə bağlı məsələnin həlli yolunda atılan ciddi addımdır.

– Sammitdə çıxışı zamanı Azərbaycan prezidenti türkdilli ölkələrin digər dövlətlərin iqtisadiyyatına müştərək sərmayə yatırmaları və ümumi investisiya fondunun yaradılması da daxil olmaqla bir sıra maraqlı və miqyaslı təşəbbüslərlə çıxış edib. Bu, türkdilli ölkələrin münasibətlərinin xarakterinin artıq 1990-cı illərdə Mərkəzi Asiya və Azərbaycanın münasibətlərinin əsasən “böyük qardaş” Türkiyəyə istiqamətləndiyi münasibətlərdən fərqli olduğunu demək olarmı?

– Şübhəsiz, bu sammit növbəti dəfə türkdilli dövlətlər alyansının üzv-ölkələri arasında artıq bərabər “böyüksüz” və “kiçiksiz” əməkdaşlıq münasibətlərini formalaşdırıb. Yəni Azərbaycan özünü Cənubi Qafqaz regionunda geostrateji tərəfdaş kimi göstərir. Və Avropada enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində onun rolu yetərincə vaciblidir. Təbii ki, bu Gürcüstan və Türkiyədən keçən marşrutlarla əlaqəlidir, bu səbəbdən də bu dövlətlərin rolu böyüdülür. Və Türkdilli Dövlətlər İttifaqı çərçivəsində yeni layihə, ideya və təşəbbüslərin yaranması təbii və qanunauyğundur.

www.oxu.az