Fransa məhkəməsi iki erməni qardaşa məhkəmə cəza kəsdi

Paris şəhərində türklərin iştirakı ilə qondarma erməni soyqrımına qarşı aksiya keçirilib…

Paris şəhərində türklərin iştirakı ilə qondarma erməni soyqrımına qarşı aksiya keçirilib.

Fransanın paytaxtı Parisdə “ermənilərin soyqrımı” iddialarının əleyhinə təşkil edilən aksiyanın rəhbərlərindən biri olan Əminə Çetini ölümlə təhdid edən iki erməni qardaşın məhkəməsi yekunlaşıb. 

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki,   “erməni soyqrımı “na qarşı təşkil edilən aksiyanın fəallarından olan Əminə Çetin iki erməni qardaş tərəfindən təhdid edilib. Əminə Çetin isə onları məhkəməyə verib.

Məhkəmə, iki erməni qardaş barəsində 6 və 4 yaşlı şərti həbs cəzası, 5 min avro dəyərində təzminat və vəkillik işlərinə əlaqədar iki min avro dəyərində cərimə müəyyənləşdirib.

Qeyd edək ki, 22-23 oktyabr tarixlərində Paris şəhərində türklərin iştirakı ilə qondarma erməni soyqrımına qarşı aksiya keçirilib.

www.oxu.az