Ata və oğul onlara olan münasibətdən dərin şok keçiriblər…
Ata və oğul onlara olan münasibətdən dərin şok keçiriblər.
Nitsa polisi səkkiz yaşlı uşağı islam terrorizmini dəstəkləməkdə şübhəli bilərək dindirib.
Oğlan hamının qarşısında yanvar ayının 7-də “Charlie Hebdo” jurnalının redaksiyasına hücum edənləri dəstəklədiyini deyib, bu barədə “İnterfaks” yanvar ayının 29-da yazıb.
Məktəbli həlak olanların xatirəsinə həsr edilmiş bir dəqiqəlik sükutda iştirak etməkdən etiraz edib. Bununla yanaşı, o etiraf edib ki, terrorçularla həmrəydir. Tədris müəssisəsinin rəhbərliyi polisə şikayət edib. Hüquq mühafizə orqanlarının əməkdaşı bildirib ki, oğlanın radikal görüşlərinin mənbəsini müəyyənləşdirmək məqsədi ilə uşaq və onun atası dindirilib.
Polisin sözlərinə görə, məktəbli cavabında terrorizmin nə olduğunu bilmədiyini deyib.
“Praktiki olaraq oğlan nə dediyini anlamır”, – asayiş keşikçisi bu nəticəyə gəlib.
“İslamofobiyaya qarşı cəmiyyət” fransız hərəkatı “azyaşlı uşağın dindirilməsi yanvar ayının əvvəlindən Fransanı başına alan kollektiv isteriyanın illüstrasiyasıdır” kimi bəyanat yayıb. Təşkilatın relizində ata və oğulun onlara qarşı olan münasibətdən dərin şok keçirdikləri vurğulanıb.
“Charlie Hebdo” redaksiyasına silahlı basqın Parisdə yanvar ayının 7-də baş verib. Səbəb isə Məhəmməd peyğəmbərin karikaturaları olub. Terror aktı nəticəsində 12 nəfər: nəşrin 10 əməkdaşı və iki mühafizəçi həlak olub, daha 11 nəfər isə yaralanıb.
Fransada faciədən sonra təkrar terror aktlarının qarşısını almaq üçün tədbirlər görülüb. Əsasən də terror aktının hazırlanmasında şübhəli bilinən Suriyadan olan beş islamçı və rusiyalılar saxlanılıb. Bundan başqa, Təhsil Nazirliyi yeniyetmə mühitində yüksək cəmiyyət dəyərlərinin təbliğinə dair kampaniyaya başlayıb.