Fransa Prezidentinin Cənubi Qafqaz regionuna səfəri zamanı əsas diqqət Dağlıq Qarabağ probleminə yönəldiləcək. Bu barədə bazar ertəsi Trend-ə politoloq Qabil Hüseynli Fransa Prezidenti Nikola Sarkozinin Cənubi Qafqaz regionuna gözlənilən səfərini şərh edərkən deyib.
“Səfər zamanı həm Gürcüstanın ərazi bütövlüyü məsələsi, həm də “Nabukko ” layihəsi müzakirə ediləcəyi gözlənilir. Amma bütövlükdə səfərin qayəsi Dağlıq Qarabağ problemi ilə bağlı vasitəçilik missiyasının, buna bəzən moderatorluq da deyirlər, Fransaya keçməsidir. Əgər indiyə qədər prezidentlərin görüşünün təşkilini, bir sıra təşəbbüsləri Rusiya tərəfi öz üzərinə götürürdüsə, yəni problemin həllində inhisarçı mövqe Rusiyaya məxsus idisə, indi belə bir missiyanı Fransaya verirlər “, – Hüseynli əlavə edib…
Trend.