Rəsmi Bakı Ermənistanı qanunsuz seçkilər keçirməməyə çağırır

Rəsmi Bakı Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz seçkilər keçirməməyə çağırır.
Ermənistanın kütləvi informasiya vasitələrində yayılmış məlumatlara əsasən, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində bu il sentyabrın 18-də “yerli özünü idarəetmə orqanlarına ” “seçkilər ” keçirilməsi nəzərdə tutulub.
Azərbaycanın Xarici İşlər Nazirliyi bir daha bəyan edib ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejim Ermənistan tərəfindən bölgənin azərbaycanlı icmasına qarşı etnik təmizləmə siyasəti nəticəsində yaradılmış qanunsuz strukturdur.
“Qondarma “seçkilər ” Ermənistanın işğalçı siyasətini ört-basdır etmək və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalının nəticələrini möhkəmləndirmək məqsədilə təşkil edilir “, – XİN-in bəyanatında deyilir. Trend-in məlumatına görə, bu barədə naziriliyin mətbuat xidməti məlumat yayıb… Trend.