Girov götürən şəxs polisə təslim oldu…
Paris yaxınlığında poçt şöbəsində bir neçə nəfəri girov götürən şəxs polisə təslim olub.
Oxu.Az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, həmin şəxs həbs olunub.
Öncə məlumat verilmişdi ki, girov götürən şəxs ruhi xəstə ola bilər.
16:37
Paris yaxınlığında naməlum şəxs 3 nəfəri girov götürüb.
Oxu.Az-ın RTL radiosuna istinadən verdiyi məlumata görə, hadisə Fransa paytaxtının yaxınlığında yerləşən Kolomb şəhərinin poçt binasında baş verib.
Həmin şəxsin “Kalaşnikov” markalı avtomat, tapança və bir neçə qumbara ilə silahlandığı bildirilir.
Polis insidenti terror aktı kimi qiymətləndirmir. Silahlı şəxslə danışıqların aparılacağı gözlənilir. Yerli mətbuatın yazdığına görə, bu adam əvvəllər xırda xuliqanlığa görə məsuliyyətə cəlb olunub.