Xocalıda aeroportun açılması məsələsi Ermənistan hökumətinin təxribatıdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Fransa parlamentinin deputatı Natali Qule Türkiyənin “Cihan ” agentliyinə müsahibəsində deyib…
Xocalıda aeroportun açılması məsələsi Ermənistan hökumətinin təxribatıdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Fransa parlamentinin deputatı Natali Qule Türkiyənin “Cihan ” agentliyinə müsahibəsində deyib. “Xocalıda aeroportun açılması məsələsi təxribatdır və bu, Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesinə zərər verəcək “, – Qule bildirib.
O, həmçinin qeyd edib ki, özünü Azərbaycanın fəxri vətəndaşı kimi görür və beynəlxalq arenada Azərbaycanın maraqlarını müdafiə edəcək.
/Trend/