İlham Əliyev müvafiq sərəncam imzaladı…
İlham Əliyev müvafiq sərəncam imzaladı.
Prezident İlham Əliyev Gömrük Məcəlləsinə gömrük orqanları tərəfindən gömrük bəyannamələrinin təsdiqi prosesinin sürətləndirilməsini nəzərdə tutan dəyişiklikləri təsdiq edib.
Oxu.Az xəbər verir ki, Məcəllənin 73.1 maddəsinə edilən dəyişikliyə əsasən gömrük bəyannaməsinin təsdiqi və gömrük sənədlərində qeyd edilən məlumatların təhlili müddəti 3 gündən 1 günə qədər azaldılıb.
Bundan başqa, 160.1-ci maddəyə edilən dəyişikliyə əsasən, bundan sonra gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanlarına təqdim olunan gömrük bəyannaməsində və digər sənədlərdə göstərilən məlumatların malların adlarına, mənşəyinə, sayına və dəyərinə uyğunluğunun yoxlanılması, gömrük bəyannaməsinin təsdiq edildiyi, sənədlərin və malların isə təqdim edildiyi vaxtdan 2 gündən gec olmayaraq həyata keçirilməlidir.