“Gürcüstan nə edə bilər?”…
“Gürcüstan nə edə bilər?”.
Ermənistan Cənubi Qafqazda ən təcrid edilmiş və Rusiyadan asılı olan dövlətdir. Münaqişələrin inkişafına və yayılmasına yol verməkdənsə, bizim dövlətimiz Cənubi Qafqazın strategiyasını hazırlamalıdır.
Oxu.Az “Qruziya Onlayn”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın xarici əlaqələr üzrə komitəsinin sədri Tedo Caparidze “Rusiya v qlobalnoy politike” jurnalına müsahibəsində bildirib.
O, həmçinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi mövzusuna da toxunub.
“Bizim üçün əsas çağırışlardan biri (Allah eləməsin) Ermənistan və Azərbaycan arasında münaqişənin yenidən bərpa edilməsidir. Gürcüstan nə edə bilər? Məsələn, danışıqlar və müzakirələr üçün məkan təklif edə bilər.
Azərbaycan və Ermənistan liderləri avropalı, amerikalı və ya rusiyalılardan asılı olmayan belə görüş yerini qiymətləndirə bilərlər. Avropa və ABŞ öz növbəsində isə Gürcüstanın bu istiqamətdə dəstəyinə, regionla mühitin yaxşılaşdırılması istəyimizi çox güman ki, müsbət qiymətləndirəcəklər”, – Tedo Caparidze deyib.