Gürcüstanın baş naziri DİN rəhbərinin istefasını qəbul etdi

Vəzifənin icrası isə nazirin birinci müavininə həvalə edilib…

Vəzifənin icrası isə nazirin birinci müavininə həvalə edilib.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili DİN rəhbəri Aleksandr Çikaidzenin istefa haqqında xahişini qəbul edib və müvafiq sərəncamı imzalayıb.

Oxu.Az bu barədə Novosti Qruziya-ya istinadən xəbər verir.

DİN-in rəhbəri istefa verib. Çikaidze öz qərarını Zurab Vazaqaşvilinin qətlinin iştirakçılarının gizlətdiyinə dair şayiələrin yayılması ilə izah edib. Qaribaşvili isə Çikaidzenin qərarını layiqli qərar hesab edib.

“Baş nazir (DİN rəhbərinin istefasına dair) fərman imzalayıb, o, tezliklə dərc ediləcək”, – bazar ertəsi mətbuat xidmətində bəyan ediblər.

DİN rəhbəri vəzifəsinin icrası isə nazirin birinci müavini Vaxtanq Qomelauri-yə həvalə edilib. KİV-in məlumatına əsasən, o, nazirliyin rəhbəri vəzifəsinə əsas namizədlərdən biridir.

www.oxu.az