Noyabrın 24-dən dekabrın 12-dək İzmir şəhərində Hərbi qulluqçu mübadiləsi olacaq…
Noyabrın 24-dən dekabrın 12-dək İzmir şəhərində Hərbi qulluqçu mübadiləsi olacaq.
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.
Oxu.Az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 24-dən 28-dək Ankara şəhərində Təbii fəlakətlər zamanı humanitar yardım əməliyyatları kursu keçiriləcək.
Noyabrın 25-dən 30-dək Antalya şəhərində 31-ci Beynəlxalq Qastroenteroloji konfransı baş tutacaq. Noyabrın 24-dən dekabrın 12-dək İzmir şəhərində Hərbi qulluqçu mübadiləsi olacaq.
Bundan başqa, noyabrın 24-dən dekabrın 19-dək Rumıniyanın Braşov şəhərində Proqram və layihələrin idarə olunması kursu olacaq.
Tədbirlərə Azərbaycan hərbçiləri də qatılacaq.