Bu avadanlıq günəş enerjisini elektrik enerjisinə çevirə bilər…
Bu avadanlıq günəş enerjisini elektrik enerjisinə çevirə bilər.
Azərbaycanda hərbçilər üçün günəş enerjisini elektrik enerjisinə çevirən avadanlığın istehsalı nəzərdə tutulur.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Türkiyənin ASELSAN şirkətinin texnologiyası əsasında bu sistemin istehsalı Müdafiə Sənayesi Nazirliyinin müəssisələrindən birində həyata keçiriləcək.
Hazırda sistemlə bağlı araşdırmalar aparılır və tələblər öyrənilir.
Kiçik, əsgərin çantasında daşına bilən bu sistem günəş enerjisini elektrik enerjisinə çevirən, açılıb-yığılan lent və elektrik doldurucu cihazdan ibarətdir.
Bu sistem vasitəsilə əl radiostansiyalarını, GPS cihazını və tabletləri elektrik enerjisi ilə təmin etmək mümkündür.