Həbsxana çöküb, 100-dən çox yaralı var

 ABŞ-da həbsxana binasının bir hissəsinin çökməsi nəticəsində 100-dən çox məhkum xəsarət alıb…

ABŞ-da həbsxana binasının bir hissəsinin çökməsi nəticəsində 100-dən çox məhkum xəsarət alıb.
 
APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, hadisə Florida ştatında baş verib.
 
Çökmə baş verərkən həbsxanada 600 nəfər məhkum olub.
 
Hadisəyə səbəb kimi qaz partlayışı göstərilir.

Milli.Az