Həmsədrlər regiona səfər çərçivəsində müzakirə etdikləri məsələlərin bəzi detallarını açıqlayıblar

Ermənistanda səfərdə olan ATƏT Minsk qrupunun həmsədrləri münaqişə tərəfləri ilə müzakirə etdikləri məsələlərin bəzi detallarını açıqlayıblar…

Ermənistanda səfərdə olan ATƏT Minsk qrupunun həmsədrləri münaqişə tərəfləri ilə müzakirə etdikləri məsələlərin bəzi detallarını açıqlayıblar.

 

APA-nın Ermənistanın “A1+” telekanalına istinadən verdiyi məlumata görə, rusiyalı həmsədr İqor Popov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda keçirilən görüşlərdə snayperlərin ön xətdən çəkilməsi məsələsi müzakirə olunub.

 

İ. Popov Ermənistan rəhbərliyi ilə də həmin mövzu ilə bağlı danışıqlar aparacaqlarını deyib.

 

Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün keçirilib-keçirilməyəcəyinə gəldikdə isə rusiyalı diplomat suala cavab verməkdə çətinlik çəkib.

 

“İkitərəfli görüş üçün iki prezidentin razılığı lazımdır. Lakin hələlik biz Ermənistan prezidenti ilə görüşməmişik. Əlbəttə ki, biz danışıqların davam etdirilməsini istəyirik”, – deyə o vurğulayıb.

/Apa/