Zabitlər eksklüziv iqtisadi zonanın mühafizəsi kursunu keçəcək…
Zabitlər eksklüziv iqtisadi zonanın mühafizəsi kursunu keçəcək.
Yanvarın 19-dan 23-dək Hohenfels (Almaniya) şəhərində “Combined Resolve-4 ” təliminin əsas planlaşdırma konfransı, yanvarın 19-dan 30-dək Buxarest (Rumıniya) şəhərində təhlükəsizlik siyasəti və Avropaya inteqrasiya üzrə ixtisas artırma kursu, yanvarın 19-dan fevralın 13-dək Kollinqvud (Böyük Britaniya) şəhərində zabitlər üçün eksklüziv iqtisadi zonanın mühafizəsi kursu keçiriləcək.
Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.