Həsən Ruhani Azərbaycandan danışdı

“Mühüm qərarlar və anlaşmalar əldə edildi”…

“Mühüm qərarlar və anlaşmalar əldə edildi”.

 

Dost və qardaş Azərbaycan Respublikası ilə əlaqələrimiz bütün iqtisadi, mədəni və siyasi zəminlərdə genişləndirilməlidir.

 

Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, İsna agentliyinin verdiyi məlumata görə, bunu İran Prezidenti Həsən Ruhani Milli Məclisin sədri Oqtay Əsədovla görüşdə deyib.

 

O, iki ölkə əlaqələrinin əhəmiyyətini və bu əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb:

 

“Azərbaycanın təhlükəsizliyi bizim üçün çox əhəmiyyət daşıyır. Davosda Azərbaycan Prezidenti ilə görüşdə mühüm qərarlar və anlaşmalar əldə edildi və gərək bu həyata keçirilsin”.

 

Xatırladaq ki, görüş İslam Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Tehranda keçirilən iclası çərçivəsində baş tutub.

 

/oxu.az/