Haiti nümayişçiləri Putindən yardım istəyiblər

Onların əsas tələbi hakimiyyətdə olan prezidentin istefası idi…

Onların əsas tələbi hakimiyyətdə olan prezidentin istefası idi.

Haiti respublikasının paytaxtı Port-o-Prensdə hakimiyyət əleyhinə nümayiş keçirilib.

Oxu.Az BBC News-a istinadən xəbər verir ki, etiraz aksiyasının iştirakçıları Rusiyanın prezidenti Vladimir Putini köməyə çağırıblar.

Nümayiş iştirakçılarının əsas tələbi – hakimiyyətdə olan prezidentin Mişel Martellinin (Michel Martelly) və baş nazir Loran Lamotun (Laurent Lamothe) istefası idi. Etiraz aksiyalarının iştirakçıları əmindirlər ki, yerli siyasətçilər hakimiyyəti ABŞ sayəsində qoruyurlar. Rusiya prezidentinin simasında onlar bu təsirə qarşı duracaq siyasətçini görürlər.

Aksiya zamanı Haiti sakinləri maşın şinlərini yandırıb, polislərə daş atıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları isə cavab olaraq gözyaşardıcı qazdan istifadə ediblər, yüzlərlə insan qoyulan sərhəddi keçərək Milli saraya daxil ola bilib, amma qarşıdurma nəticəsiz olub.

Mişel Martelli 2011-ci ildə prezident seçilib. Ölkə sakinləri 2015-ci ildə dövlət rəhbərinin seçilməsi üçün yeni seçkilərin elan edəcəyini gözləyirlər.

Amma seçkilər ölkə hakimiyyəti və müxalifət senatorlarından ibarət qrup arasında seçki hüququ üzrə fikir ayrılığına görə təxirə salınıb. Haiti müxalifəti mövcud hakimiyyəti, seçkilər ilə deyil, sərəncamların verilməsi ilə dövlətin başında qalmağa can atmaqda ittiham edib.

www.oxu.az