Hesablama Palatası nazirlikdə korrupsiya faktını təkzib etdi

“Audit zamanı korrupsiya faktlarına rast gəlinməyib”…

“Audit zamanı korrupsiya faktlarına rast gəlinməyib”.

Bəzi informasiya agentliklərində Hesablama Palatasının 2013-cü il üçün fəaliyyəti ilə bağlı hesabatına istinad edilərək dövlət büdcəsindən Gənclər və İdman Nazirliyinə ayrılan, tikintisi 2011-2013-cü illərdə başa çatmış obyektlər üçün nəzərdə tutulan vəsaitlərin istifadəsində korrupsiya hallarına yol verildiyi qeyd edilib.

Bununla əlaqədar bildiririk ki, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Gənclər və İdman Nazirliyinə tikintisi 2011-2013-cü illərdə başa çatmış obyektlərə ayrılan vəsaitlərin istifadəsinin auditi zamanı korrupsiya faktlarına rast gəlinməyib.

Oxu.Az xəbər verir ki, Modern.az saytının məlumatına görə, bu açıqlama ilə Hesablama Palatası çıxış edib.

Rəsmi məlumatda bildirilib ki, audit zamanı aşkar edilmiş nöqsanlar audit gedişatında və auditdən sonrakı dövrdə tam aradan qaldırılıb.

“Məlumatın birtərəfli qaydada verilməsi və konteksdən çıxarılaraq təhrif edilməsi Hesablama Palatası tərəfindən qərəzli mövqe kimi qiymətləndirilir” – deyə qurum bəyan edib.

www.oxu.az