Heydər Mirzə: Ermənistanın xarici siyasətini Sarkisyan müəyyənləşdirmir – MÜSAHİBƏ

“İrəvanın narahat olmasının əlamətləri göz qabağındadır”…

“İrəvanın narahat olmasının əlamətləri göz qabağındadır”.

Oxu.Az-ın suallarını müstəqil ekspert və Berlinin Müstəqil Universiteti nəzdində fəaliyyət göstərən Otto Zura adına Siyasi Elmlər Məktəbinin doktorantı Heydər Mirzə cavablandırır.

– Gümrü hadisələrindən sonra Ermənistanda antirusiya əhvalı güclənib, etiraz aksiyalarında Rusiya hərbi bazasının respublika ərazisindən çıxarılması tələbi daha tez-tez səslənməyə başlayıb. Bu insident “iki strateji əməkdaş” arasında həqiqətən ciddi nəticələrə səbəb ola bilərmi?

– Nə Serj Sarkisyan, nə də onun ətrafı Ermənistanın xarici siyasətini müəyyən etmirlər. Bu, 2013-cü ilin sentyabr ayından erməni xarici siyasətində nümayəndə rolunu oynayan həmin Ermənistan və həmin Sarkisyandır. Amma o dövrdən bəri bir ildən çox zaman keçib, vəziyyət indi fərqlidir. İrəvanın narahat olmasının əlamətləri göz qabağındadır. Axı Moskvanın təhlükəsizlik zəminlərinə nəzərən xarici siyasət risklərinin diverfikasiyasından etiraz etmə özünü doğrultmadı. 2013-cü ilin sentyabrında Sarkisyan Ermənistanı Gömrük İttifaqının üzvü etmək vəzifəsini üzərinə götürdüyü zaman vəziyyət başqa idi. O zamanlar Ukraynanın şərqində kəndlərin atəşə tutulacağını, Belqorodun isə hərbi əməliyyatlar aparılan ərazinin operativ arxa cəbhəsinə çevriləcəyini heç kim təsəvvür edə bilməzdi.

– İrəvanın və ya Bakının antirusiya demarşları keçmişdə dəfələrlə cəbhə xəttində olan vəziyyətdə öz əksini tapıb. Ermənilərin Rusiyaya qarşı etiraz aksiyalarına çıxmasından sonra Qarabağ qarşıdurmasında yeni gərginliyin ehtimalı nə dərəcədədir?

– Erməni hakimiyyəti istəsə bu kütləni yarım saat ərzində qova bilər. Düzdür, müasir erməni tarixində bunun daha tez bir zaman ərzində edildiyinə nümunələr mövcuddur, məsələn, 2008-ci ilin mart ayında İrəvan küçələrində olduğu kimi. Bu dəfə isə Sarkisyan baş verənlərdən Moskvaya, 2015-ci ilin əvvəlinin geosiyasi kontekstində dəyişikliklərlə yenilənmiş variasiyada, əlavə təhlükəsizlik zəmanəti almaq məqsədi ilə yumşaq təzyiq kimi istifadə etmək qərarına gəlib. Görünüşə görə İrəvanın cəbhə xəttində hər yeni gərginlikdən sonra strateji müttəfiqin şərhləri və bəyanatları yalnız dördüncü gün gəlir.

– Rusiyanın Gümrü bazasının komandanı Ruzinski bir dəfə müsahibədə bəyan etmişdi ki, əgər Azərbaycan Qarabağın azad edilməsinə dair əməliyyata başlasa, bazanın hərbçiləri kənarda qalmayacaqlar. Bu müdaxilə nə qədər realdır?

– Düşünmürəm ki, indi ciddi müdaxilələr yer alsın, amma xronikadan göründüyü kimi tərəfin 2014-cü ilin sentyabrından 2015-ci ilin yanvarınadək hər iki hərbi fəallığı, 2013-2014-cü illərin analoji dövrü ilə müqayisədə dəfələrlə artıb. Ermənistanın Silahlı Qüvvələri sıralarında keçən ilin sentyabr ayından başlayaraq kəskin hərbi itkilər də nəzərdən qaça bilməz. Yeri gəlmişkən, əgər fikir verdinizsə, Oqanyan narazıdır. O, keçən həftə ön cəbhədə orta səviyyəli komandirlərdən fəallıq tələb edirdi.  

– Sizin fikrinizcə, əgər Rusiya və bazanın sərhəddində yerləşdiyi NATO üzvü – Türkiyə çoxşaxəli əməkdaşlığı genişləndirirlərsə, Gümrüdə yerləşən 102-ci hərbi bazanın əsas təyinatı nədən ibarətdir?

– Gümrüdə yerləşən Rusiya Federasiyası Silahlı Qüvvələrinin 102-ci bazası Rusiya üçün yalnız Ermənistan və Türkiyə sərhəddi istiqamətində vacib deyil. Bu baza vasitəsilə Rusiya məhdud olsa da Yaxın Şərqdə proseslərə təsir arzusunu və imkanlarını bəyan edir. Amma yenə də hesab edirəm ki, RF SQ 102-ci bazası Ermənistanda Rusiyanın Cənubi Qafqazdakı proseslərə təsirini nümayiş etdirmək üçündür.

Orda olan texniki və şəxsi heyətin hərbi hazırlığına gəldikdə isə, birincisi orada şəxsi heyət (aşpaz, əczaçılar, anbardarlar olmadan məhz tankçılar, pulemyotçular, radistlər və s.) 7000 nəfərdən çox deyil. Nizam-intizam axsayır, dəfələrlə bazaya daxil olublar, qətllə nəticələnən insidentlər də olub. Mən general Ruzinskiyə nə vəzifəsinin, nə də rütbəsinin səlahiyyəti çatmayan bəyanatlar verməkdənsə, məhz bu məsələlərlə məşğul olmağı tövsiyə edərdim.

www.oxu.az