İlham Əliyev: İngiliscə bu, “easy” deməkdir

“Gələn illərdə bu meyil daha da güclənəcək”…

“Gələn illərdə bu meyil daha da güclənəcək”.

Biz iki ildən az müddət öncə “ASAN” adlanan yeni dövlət xidmətləri sistemini tətbiq etməyə başlamışıq. İngiliscə bu, “easy” yəni, “asan” deməkdir. 

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, bunu prezident İlham ƏliyevBakıda Gənclər siyasəti üzrə birinci qlobal forumunda çıxış edərkən deyib. 

Prezident qeyd edib ki, eyni yerdə “bir pəncərə” prinsipi ilə təqribən 30 növ xidmət göstərilir: ““ASAN” sistemində çalışanların və könüllülərin tam əksəriyyəti gənc nəslin nümayəndələridir. Buna görə bu gün biznes fəaliyyətinin bir çox sahələrində bilikli, vətənpərvər, Azərbaycanın inkişafına çox sədaqətli gənc idarəetmə mütəxəssisləri var. Əminəm ki, gələn illərdə bu meyil daha da güclənəcək. Bir sözlə, bunlar bizim üçün əhəmiyyətli olan əsas sahələrdir”.

 

/Oxu.az/