2 milyon manat pul ayrılıb…
2 milyon manat pul ayrılıb.
Azərbaycan prezidenti İlham Əliyev ölkəmizdə Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında sərəncam imzalayıb.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, Qarabağ atı cinsinin inkişaf etdirilməsi və bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 2 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.