İlham Əliyev Saakaşvili və Yuşşenkonu qəbul etdi

Görüşdə Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunun önəmi qeyd olunub…

Görüşdə Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunun önəmi qeyd olunub.

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilini qəbul edib.

Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, görüşdə Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda müzakirə edilən məsələlərin əhəmiyyətindən danışılıb, Forumun ölkələrarası əməkdaşlığın inkişafındakı rolu vurğulanıb.

Prezident həmçinin  bu gün Ukraynanın keçmiş Prezidenti Viktor Yuşşenkonu qəbul edib. Görüşdə Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunun önəmi qeyd olunub, Forumun regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edilib.

www.oxu.az