“İlham Əliyev və Serj Sərkisyan Qarabağ münaqişəsini müzakirə ediblər”

 Azərbaycan və Ermənistan prezidentləri Haaqada Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər…

 Azərbaycan və Ermənistan prezidentləri Haaqada Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər. Modern.az saytının xəbərinə görə, bu barədə ATƏT-in ABŞ-dan olan həmsədri Ceyms Uorlik özünün rəsmi Twitter səhifəsində məlumat verib. O, prezidentlərin qısa danışdıqlarını qeyd edib. 

“Azərbaycan və Ermənistan dövlət başçıları Dağlıq Qarabağda sülhün təmin olunması ilə bağlı dediklərinə həqiqətən sadiqdirlər?”-deyə C.Uorlik sual edib.

Qeyd edək ki, Hollandiyanın Haaqa şəhərində III  nüvə təhlükəsizliyi sammiti keçirilib. Samitdə Azərbaycan və Ermənistan dövlət başçıları da iştirak ediblər.

Modern.az