İlham Əliyev Göyçay və Ucara yeni icra başçıları təyin etdi

Prezident sərəncamlar imzalayıb…

Prezident sərəncamlar imzalayıb.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ucar və Göyçay rayonlarına yeni icra başçılarının təyin olunması haqqında sərəncam imzalayıb.

Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyevin imzaladığı sərəncama əsasən, Mənsur Həmzə oğlu Məmmədov (Göyçayın keçmiş icra başçısı) Ucar rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezidentin imzaladığı digər bir sərəncama əsasən, Mübariz Alı oğlu Ağayev (Qubanın keçmiş icra başçısı) Göyçay rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.

Xatırladaq ki, bundan əvvəl İlham Əliyev Qubanın icra başçısı Mübariz Alı oğlu Ağayev işdən çıxarılması, onun yerinə isə Yaşar Qəhrəman oğlu Məmmədovun (Ucarın keçmiş icra başçısı) təyin edilməsi barədə sərəncam imzalamışdı.

www.oxu.az