İlham Əliyev Güllə görüşəcək

Görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Türkmənistan prezidentləri də iştirak edəcək…

Görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Türkmənistan prezidentləri də iştirak edəcək.

Prezident İlham Əliyev bu gün Türkiyə prezidenti Abdullah Gül ilə görüşəcək.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Muğla vilayətinin Bodrum bölgəsində 4-5 iyun tarixində 4-cü Türk Dilli Dövlətlərin Zirvə Toplantısı (Türk Konseyi) keçiriləcək.

Türkiyə prezidenti Abdullah Gülün rəhbərliyi ilə keçiriləcək olan zirvə görüşündə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Türkmənistan prezidentlərinin iştirak edəcəyi bildirilir. Zirvə görüşündə sözügedən ölkələrin xarici işlər və mədəniyyət nazirləri də iştirak edəcək.

Prezidentlər və nazirlərin görüşündən sonra zirvə toplantısı başa çatacaq. 

www.oxu.az