“Tərəflər mehriban qonşuluq münasibətlərini müzakirə edib”…
“Tərəflər mehriban qonşuluq münasibətlərini müzakirə edib”.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.
Bu barədə Oxu.Az Gürcüstan Baş nazirinin rəsmi saytına istinadən xəbər verir.
“Gürcüstanın Baş naziri Azərbaycan Prezidentini Gürcüstana dəvət edib. Tərəflər iki ölkə arasında mehriban qonşuluq münasibətlərini müzakirə edib və strateji əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər”, – məlumatda deyilir.
Qaribaşvili və Əliyev iki ölkə arasında siyasi, iqtisadi, mədəniyyət və energetika sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduqlarını ifadə ediblər.
www.oxu.az