İlham Əliyev sərgidə

Dövlət başçısı təqdim edilən məhsullarla tanış olub…

Dövlət başçısı təqdim edilən məhsullarla tanış olub.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “Bakutel-2014” 20-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları sərgi və konfransında iştirak edib.

Oxu.Az xəbər verir ki, sərginin açılışında Azərbaycanın hökumət nümayəndələri, ayrı-ayrı dövlət və özəl qurumların təmsilçiləri, diplomatlar, xarici qonaqlar iştirak ediblər.

Dövlət başçısı sərgidə iştirak edən yerli və xarici şirkətlərin stendlərini gəzərək nümayiş etdirilən məhsul və xidmətlərlə tanış olub.

İlham Əliyev həmçinin “Euronews” telekanalının müxbirinə müsahibə verib.

Məlumat verilib ki, builki “Bakutel” sərgisində 40%-i daimi iştirakçı olmaqla, 250-dən artıq şirkət iştirak edir. İştirakçılar arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur markaların distribütorları təmsil olunur.

Sərgiyə ziyarətçi qismində bir sıra ölkələrin rabitə nazirlərinin başçılığı altında nümayəndə heyətləri qatılıb.

Sərgidə Azərbaycan, Argentina, Almaniya, ABŞ, Belarus, BƏƏ, Kanada, Çin, Estoniya, Xorvatiya, Finlandiya, Fransa, Hindistan, İran, İsrail, İtaliya, Yaponiya, Litva, Rusiya, Sloveniya, İsveçrə və Türkiyədən şirkətlər təmsil olunur.


www.oxu.az