İlham Əliyev Şri-Lankalı həmkarını təbrik etdi

“Bundan sonra da birgə səylər göstərəcəyik”…

“Bundan sonra da birgə səylər göstərəcəyik”.

Azərbaycan Prezidenti İlham Əliyev Şri-Lankanın Prezidenti seçilməsi münasibətilə Maytripala Sirisenaya təbrik məktubu göndərib. Bu barədəOxu.Az AzərTAc-a istinadən xəbər verir. 

“İnanıram ki, Azərbaycan ilə Şri-Lanka arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik”, – deyə dövlətimizin başçısı məktubda bildirib.

Prezident İlham Əliyev Maytripala Sirisenaya möhkəm cansağlığı, xoşbəxtlik, dost Şri-Lanka xalqının rifahı naminə qarşıdakı fəaliyyətində uğurlar diləyib.

www.oxu.az