İlham Əliyev Türkiyəyə səfər edəcək

Əməkdaşlığın gələcək perspektivləri müzakirə olunacaq…

Əməkdaşlığın gələcək perspektivləri müzakirə olunacaq.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 15-də Türkiyəyə rəsmi səfərə gedəcək. 

Oxu.Az Türkiyə prezidentinin rəsmi saytına istinadən məlumat verir ki, İlham Əliyev və Rəcəb Təyyib Ərdoğanın sədrliyi ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV toplantısı keçiriləcək. Tədbir çərçivəsində iki ölkə arasında münasibətlər və əməkdaşlığın gələcək perspektivləri müzakirə olunacaq. 

Məlumatda qeyd olunub ki, səfər çərçivəsində dövlət başçıları regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar. 

Qeyd edək ki, Türkiyəyə səfər İlham Əliyevin 2015-ci ildə ilk xarici ölkə səfəridir. 

www.oxu.az