Dövlət başçısı xanım prezidentə uğurlar arzu etdi…
Dövlət başçısı xanım prezidentə uğurlar arzu etdi.
Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının yeni seçilmiş Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçi təbrik edib.
Oxu.Az-ın AzərTAc-a istinadən verdiyi məlumata əsasən, təbrik məktubunda deyilir:
“Xorvatiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Xorvatiya əlaqələrinin, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Xorvatiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.