İlham Əliyev yol tikintisinə 3,8 milyon manat pul ayırdı

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb…

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Azərbaycan prezidenti İlham Əliyev Yevlax şəhərinin Bakı-Qazax magistralı-Səmədabad-Qaraməmmədli-Qaramanlı-Göyük avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, 8 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Bakı-Qazax magistralı-Səmədabad-Qaraməmmədli-Qaramanlı-Göyük avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə dövlət büdcəsindən Yevlax Şəhər İcra Hakimiyyətinə 3,8 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

www.oxu.az