İrəvanda etiraz aksiyaları keçirilib

Qeyri-döyüş şəraitində ölən əsgərlərin valideynləri prezident Serj Sarkisyanla görüş tələb ediblər…

Qeyri-döyüş şəraitində ölən əsgərlərin valideynləri prezident Serj Sarkisyanla görüş tələb ediblər.

Bu gün İrəvanda prezident administrasiyası binası önündə etiraz aksiyası keçirilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, aksiya iştirakçıları orduda ölüm hallarına qarşı etiraz ediblər.

Qeyri-döyüş şəraitində ölən əsgərlərin valideynləri prezident Serj Sarkisyanla görüş tələb ediblər. Onlar övladlarının ölümü ilə bağlı araşdırmaların qeyri-ədalətli aparıldığını və buna görə ən sərt tədbirlərə hazır olduqlarını bildiriblər.

Bu gün həmçinin “Mən əleyhinəyəm” adlı təşəbbüsün iştirakçları Maliyyə Nazirliyinin binası önündə aksiya keçiriblər. Onlar müəllimlərin məcburi yığım ödənişlərindən azad edilməsi ilə bağlı baş nazirin tapşırığının yerinə yetirilməsini tələb ediblər. Aksiya iştirakçıları sonra Ermənistan nazirlər kabinetinin binasına doğru irəliləyiblər və baş nazirə məktub təqdim ediblər. 

 

/Oxu.az/