“Münaqişənin sülh yolu ilə tənzimlənəcəyinə ümid edirik”…
“Münaqişənin sülh yolu ilə tənzimlənəcəyinə ümid edirik”.
İran Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında yalnız sülh yolu ilə həllinə ümid edir.
Oxu.Az “Armenia Today”ə istinadən xəbər verir ki, bu barədə İrəvanda İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif erməni kolleqası Edvard Nalbandyan ilə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İran hər zaman regionun ölkələri arasında sülh və dostluq münasibətlərinin qurulmasına tərəfdar olub və Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənəcəyinə ümid edir.
“Biz Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını və regionun ölkələri arasında sülhün və dostluğun bərqərar olmasını istəyirik”, – Zərif bildirib.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan öz növbəsində qeyd edib ki, İrəvan Tehranın Qarabağ münaqişəsi məsələsində tarazlıq mövqeyini yüksək qiymətləndirir.
“Danışıqların gedişatında mən iranlı kolleqamı Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün Ermənistanın və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin səyləri ilə tanış etdim. Biz Tehranın Qarabağ münaqişəsi məsələsində tarazlıq mövqeyini yüksək qiymətləndiririk”, – Nalbandyan deyib.