İran İŞİD-ə qarşı mübarizədə ABŞ-a əməkdaşlıq təklif edir

“Radikal dini təşkilatlar təhlükə daşıyır”…

“Radikal dini təşkilatlar təhlükə daşıyır”.

İran prezidenti Həsən Ruhani ABŞ-a “İslam dövləti” qruplaşmasına qarşı mübarizəni əlaqəli şəkildə aparmağı təklif edib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Ruhani ABŞ-ın havadan zərbə üsulunu səmərəsiz hesab etdiyini deyib. İran dövlət başçısı eyni zamanda Vaşinqtonu vaxtilə radikal islamçıları dəstəkləməkdə ittiham edib: 

“Tehran dəfələrlə xəbərdarlıq etmişdi ki, radikal dini təşkilatlar təhlükə daşıyır. ABŞ və dünya ictimaiyyəti vaxtilə radikalları dəstəkləyiblər, onları müxalifət kimi qələmə verərək silahlandırıblar. İndi bu silahları radikallar onları silahlandırana qarşı yönəldiblər”.

www.oxu.az