İran prezidenti Azərbaycana rəsmi səfər edəcək

“Bu səfərin İran prezidentinin iş qrafikinə uyğun həyata keçirilməsi üçün hazırlıq işləri görülür”…

“Bu səfərin İran prezidentinin iş qrafikinə uyğun həyata keçirilməsi üçün hazırlıq işləri görülür”.

İran prezidenti Həsən Ruhani Azərbaycana rəsmi səfər edəcək.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov bildirib. 

Onun sözlərinə görə, səfər Azərbaycan prezidenti İlham Əliyevin dəvəti əsasında baş tutacaq: 

“Azərbaycan prezidenti İrana rəsmi səfəri zamanı iranlı həmkarı Həsən Ruhanini ölkəsinə səfərə dəvət edib. 

Hazırda bu səfərin yaxın gələcəkdə İran prezidentinin iş qrafikinə uyğun həyata keçirilməsi üçün hazırlıq işləri görülür”.

C.Axundov səfərin nə vaxt reallaşacağı ilə bağlı heç bir məlumat verməyib. 

www.oxu.az