İran Türkiyəni günahlandırır

“Suriya böhranı üç il bundan öncə bitə bilərdi”…

“Suriya böhranı üç il bundan öncə bitə bilərdi”.

İran Türkiyəni prezident Bəşər Əsədin istefasını tələb edərək Suriya münaqişəsinin uzanmasına səbəb olmaqda və “terror qrupları”nı dəstəkləməkdə günahlandırır, Oxu.Az RFİ-yə istinadən xəbər verir.  

Xatırladaq ki, Tehran Dəməşq rejiminin əsas müttəfiqi, Türkiyə isə onun başlıca rəqibi olaraq qalır.

“Əgər Türkiyə hakimiyyəti rejimin dəyişməsini tələb etməsəydi və Suriyada terror qruplarını dəstəkləməsəydi, Suriya böhranı üç il bundan öncə bitə bilərdi”, – İran XİN nümayəndəsi qeyd edib.

Şərhçilər bu bəyanatı Rəcəb Tayyib Ərdoğanın türk mətbuatında Tehranı Suriyada dini düşmənçiliyi alovlandırmaqda günahlandırdığı müsahibəsinə cavab kimi qiymətləndirirlər. “İranlılar ilə ikitərəfli danışıqlar apararkən, onlar bizim əməkdaşlıq barədə təkliflərimizi qəbul edirlər. Amma hərəkət etmək lazım gəldikdə isə onların təəssüf ki, öz üsulları var”, – Türkiyə prezidenti bəyan edib.

A.İ.
www.oxu.az