İranın Azərbaycandakı səfirliyində yeni mədəniyyət müşaviri işə başlayıb

İranın Azərbaycandakı səfirliyinin yeni mədəniyyət müşaviri İbrahim İbrahimi öz fəaliyyətinə başlayıb. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib…

İranın Azərbaycandakı səfirliyinin yeni mədəniyyət müşaviri İbrahim İbrahimi öz fəaliyyətinə başlayıb. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

Onun sözlərinə görə, müşavir bu vəzifədə üç il çalışacaq.

Səfir bildirib ki, İ.İbrahimi mədəniyyət sahəsində təcrübəli insandır: “İbrahimi özü Təbrizdəndir və vaxtilə İran parlamentində əlaqələndirici vəzifəsində çalışıb. Düşünürəm ki, onun burada fəaliyyəti uğurlu olacaq “.

Mayda İranda keçiriləcək Azərbaycan Mədəniyyəti Günləri barədə danışan diplomat bu təşəbbüsü alqışladığını deyib: “Ümid edirik ki, Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, həmçinin kino, teatr, rəssamlıq sahələrində çalışan insanlar Mədəniyyət Günlərində iştirak edəcək və mədəni əlaqələrimizin daha da inkişaf etdirilməsinə töhfələr verəcəklər “.

/Trend/