Birgə mətbuat konfransı keçiriləcək…
Birgə mətbuat konfransı keçiriləcək.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif erməni həmkarı Edvard Nalbandyanın dəvəti ilə bu gün iki günlük səfərlə Ermənistana gəlir.
Oxu.Az erməni KİV-nə istinadən xəbər verir ki, Zərifi Ermənistan prezidenti Serj Sərkisyan qəbul edəcək.
Zərifin həmçinin Ermənistan parlamentinin spikeri və baş naziri ilə görüşü də planlaşdırılıb.
Yanvarın 27-də xarici işlər nazirləri arasında danışıqlardan sonra birgə mətbuat konfransı keçiriləcək.