İranlı nazir Bakıya gəlir

İki ölkə arasında iqtisadi əlaqələr genişlənəcək…

İki ölkə arasında iqtisadi əlaqələr genişlənəcək.

İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Məhəmməd Reza Nemətzadə noyabrın 26-da Bakıya səfərə gələcək.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, iki gün davam edəcək səfər çərçivəsində iranlı nazirin Azərbaycanda bir sıra görüşləri nəzərdə tutulub.

Görüşlərdə İran ilə Azərbaycan arasında iqtisadi sahədə əlaqələrinin genişləndirilməsi və ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə ediləcək.

www.oxu.az