“Bu, neftin qiymətinin ucuzlaşmasını kompensasiya edəcək”…
“Bu, neftin qiymətinin ucuzlaşmasını kompensasiya edəcək”.
İraq 2015-ci ildə neft hasilatını tarixi maksimuma qədər artıracaq, bu isə dünya bazarında yanacağın qiymətinin ucuzlaşmasına gətirib çıxaracaq.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti İraqın neft naziri Adil Abd əl-Məhdinin sözlərinə istinadən xəbər verir.
“Kürdistan ilə müqavilədən sonra cari ildə neft hasilatı gün ərzində dörd milyon barelə çatacaq. Bu göstərici tarixdə ilk olacaq. Neftin hasilatının artırılması neftin qiymətinin ucuzlaşmasını kompensasiya etməyə yardım göstərəcək”.
Bir il ərzində ölkə hakimiyyəti 3,3 milyon barel neft ixrac etmək fikrindədir.
Daha öncə WTI neftinin qiymətinin Nyu-Yorkda 48,31 dollara düşdüyü xəbər verilmişdi.
Londonda Brent markalı neftin qiyməti isə 49,78 dollar olub.